Qırılmayan tendensiya, yaxud Ağasəlim Mircavadov hələlik liderdir - STATİSTİKA
17.05.2010 - 15:18
Unibank Premyer Liqasında son üç ildə davam edən tendensiya qırılmadı. Apasport.az saytının məlumatına görə, 2007-ci ilədək ölkə çempionları bir qayda olaraq yerli çalışdırıcılar olurdusa, onlar həmin vaxtdan buna həsrət qalıblar.
İndiyədək baş məşqçiləri əcnəbilər olan “İnter” klubu 2008-ci ildə ukraynalı Valentin Xodukin, bu il gürcü Kaxaber Sxadadze ilə qızıl medal qazandı. Yeri gəlmişkən, 42 yaşlı Sxadadze Azərbaycan çempionu olan ilk gürcü mütəxəssis kimi tarixə düşdü. Ötən il “Bakı”ya çempionluğu makedoniyalı çalışdırıcı Qyoko Hacıyevski qazandırdı. Sonuncu dəfə azərbaycanlı məşqçilərdən ölkə çempionu Ağasəlim Mircavadov olub. 63 yaşlı mütəxəssis ümumiyyətlə, ən titullu çalışdırıcımızdır.
Belə ki, Mircavadov çempionluğu hamıdan çox bayram edib – 5 dəfə. Onun ən yaxın izləyicilərindən Mehman Allahverdiyev 3 dəfə qızıl medalı “Kəpəz”lə qazanıb. Bu qədər çempion olan Kazbek Tuayev isə əslində 4 dəfə 1-ci olub. Ancaq 1997-ci ildə AFFA Tuayevin baş məşqçisi olduğu “Neftçi”ni yox, əvəzedicilərin də çempionatının nəticələrini nəzərə alaraq, “Qarabağ”ı çempion saydı. Düzdür, UEFA məhz “Neftçi”ni çempion kimi tanıdığından, “Qarabağ”ı yox, flaqmanı Çempionlar Liqasına buraxdı. Xodukin, Hacıyevski və Sxadadze kimi, Əhməd Ələsgərov, Elbrus Abbasov və Böyükağa Hacıyev də hərəyə bir dəfə çempion olublar.
Qeyd edək ki, 2001/02 mövsümü qalmaqal üzündən yarımçıq dayandırıldığından bir il milli çempionatımız keçirilməyib.
Azərbaycan çempionları və baş məşqçiləri
1992 – “Neftçi”
Baş məşqçi: Əhməd Ələsgərov
1993 – “Qarabağ”
Baş məşqçi: Ağasəlim Mircavadov
1994 – “Turan”
Baş məşqçi: Kazbek Tuayev
1995 – “Kəpəz”
Baş məşqçi: Mehman Allahverdiyev
1996 – “Neftçi”
Baş məşqçi: Kazbek Tuayev
1997 – “Qarabağ”
Baş məşqçi: Elbrus Abbasov
1998 – “Kəpəz”
Baş məşqçi: Mehman Allahverdiyev
1999 – “Kəpəz”
Baş məşqçi: Mehman Allahverdiyev
2000 – “Şəmkir”
Baş məşqçi: Ağasəlim Mircavadov
2001 – “Şəmkir”
Baş məşqçi: Ağasəlim Mircavadov
2004 – “Neftçi”
Baş məşqçi: Kazbek Tuayev
2005 – “Neftçi”
Baş məşqçi: Ağasəlim Mircavadov
2006 – “Bakı”
Baş məşqçi: Böyükağa Hacıyev
2007 – “Xəzər-Lənkəran”
Baş məşqçi: Ağasəlim Mircavadov
2008 – “İnter”
Baş məşqçi: Valentin Xodukin (Ukrayna)
2009 – “Bakı”
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)
2010 – “İnter”
Baş məşqçi: Kaxaber Sxadadze (Gürcüstan)
Mehman SÜLEYMANOV

0
0