“Fənərbaxça” “təmizləmə əməliyyatı”na başladı
17.05.2010 - 16:35
Çempionluqdan son oyunda mərhum olan “Fənərbaxça”da “təmizləmə əməliyyatı”na start verilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı-lacivərdli” klub artıq Əli Bilgin, Dəniz Barış, Vederson, Gökay İravul və Mahmut Ertoğrulla yollarını ayırmaqda israrlıdır. Mayın 31-də müqavilələri başa çatacaq bu futbolçulara “yaxşı yol” deyiləcək.
Onlarla bərabər, komandada Daniel Quiza, Balica, Devid de Souza və Kristian Baroninin İstanbulda qalıb-qalmayacağı ilə qərarın yaxın günlərdə veriləcəyi bildirilir. Lakin legionerlərin bəzilərinin 2012-ci ilə qədər müqaviləsi olsa da, onlardan özləri Türkiyədən istəyənləri də var.
Fransanın “Tuluza” komandasında icarə əsasında çıxış edən Kazım Kazımla bağlı da son qərarın isə “Fənərbaxça” rəhbərliyinin iclasından sonra veriləcəyi gözlənilir.

0
0