Ramiz Məmmədov: Yüzdə qalan, düzdə qalar
17.05.2010 - 16:43
Ramiz Məmmədov: Yüzdə qalan, düzdə qalar
Unibank Premyer Liqasının XXXII turu “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “İnter”lə görüş 42 yaşlı mütəxəssisin məşqçilik karyerasında 100-cü çempionat oyunu idi.

İndiyədək yalnız bir klubda çalışan Məmmədovun “Qəbələ”ni çıxardığı yubiley oyununda komandası 1:4 hesabı ilə uduzub. Əvvəldən məlum olduğu kimi, bu onun “Qəbələ”də sonuncu matçı olub. İngiltərəli Toni Adamsın baş məşqçi kimi təqdimatından sonra mövsümü başa çatdırmalı olan Məmmədov bu məğlubiyyətlə 3 il 7 aylıq baş məşqçilik fəaliyyətini də bitirib. O, bu müddətdə “Qəbələ”ni daha 18 dəfə kubok oyunlarına çıxarmışdı. Məmmədovun rəhbərliyi altında komanda çempionatda 6-cı yer, kubokda yarımfinaldan qabağa gedə bilməyib.

Bu müddətdə ən acınacaqlı məğlubiyyət isə mütəxəssisi “yola salan” “İnter”dən alınıb. Ötən mövsüm ölkə kubokunun yarımfinalında bakılılar rəqibinin qapısına 5 cavabsız qol vurmuşdu. Daha bir maraqlı məqam isə “İnter”in hər iki çempionluğunu son turda “Qəbələ”yə vurduğu 4 qolla qazanmasıdır. Lakin 2007/08 mövsümündən fərqli, bu dəfəki məğlubiyyət baş məşqçi üçün sonuncu oldu.

turnir

O

Q

H

M

Top

X

Çempionat

100

36

22

42

109-123

130

Kubok

18

8

4

6

19-21

28

Cəmi

118

44

26

48

128-148

158