“Xəzər-Lənkəran”: Yenə eyni yer
17.05.2010 - 16:56
“Xəzər-Lənkəran”: Yenə eyni yer
“Xəzər-Lənkəran” son üç mövsümdə ölkə çempionatını eyni pillədə başa vurur. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi axır üç çempionatda 4-cü pillədən yaxa qurtara bilmir.

Bu dəfə də çempionatı 4-cü yerdə başa vuran “Xəzər-Lənkəran” 2007-ci ildə “qızıl dubl” edəndən sonra arzuolunmaz tendensiyasını davam etdirir. Düzdür, 2008-ci ildə titul – Azərbaycan kubokunu qazanmaq mümkün olsa da, komanda ötən il heç avrokuboklara da vəsiqə də qazana bilmədi. 2004-cü ilin yayında yaranan “Xəzər-Lənkəran” debüt mövsümündə gümüş medalçı olub. Ancaq növbəti mövsümdə 7-ci yeri tutan cənub klubu tarixində ən pis göstəriciyə imza atıb.