“Bakı” çempion, “Neftçi” autsayderdir!
17.05.2010 - 18:12
“Bakı” Unibank Premyer Liqasında final mərhələsinin qalibi olub. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” ən çox xal toplamaqla, “altılığ”ın çempionu adını qazanıb. Əslində, paytaxt təmsilçisi final mərhələsinin ilk dövrəsindən sonra da 1-ci pillədə idi. Ancaq həmin vaxt “Qəbələ” ilə şərlikli lider olan son çempion bu dəfə zirvədə təkdir.
“Qəbələ” isə “altılığ”ı son pillədə başa vursa da, burada toplanan xallara görə yenə 2-ci oldu. “Qarabağ”, “İnter” və “Xəzər-Lənkəran”ın xalları bərabər olsa da, şəxsi oyunlarda birincilər üstündür. Yəni, bürünc medal qazanan “Qarabağ” elə “altılıq”da da 3-cü oldu. Çempion “İnter”in isə final mərhələsində 4-cü olması çoxlu xal itkisindən, ilk mərhələdə topladığı xalların onun işinə yaramasından xəbər verir. Ardıcıl ikinci il mükafatçılar sırasına, avrokuboklara düşə bilməyən “Neftçi” “altılıq”da hamıdan az xal yığıb.
İkinci “altılığ”ın vahid lideri “Olimpik-Şüvəlan” bütün Premyer Liqa iştirakçıları arasında ən çox xal toplaması ilə təsəlli tapa bilər. Ümumiyyətlə, Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlar medallar üçün yarışanlardan daha çox xal yığmaları ilə diqqət çəkir. Ötən çempionatın bürünc medalçısı olan “Simurq”un tarixində ən böyük hesablı məğlubiyyətini (0:4) son turda evdə aldı və yalnız “altılıq”da xallara görə sondan əvvəlki pillədə olması cari mövsümün onun üçün nə qədər uğursuz keçdiyini göstərir.
“Standard” final mərhələsində ondan çox xal yığsa da, sonda birinci diviziona düşməklə barışdı. “Karvan” isə bütün mərhələlərdə sonuncu oldu.
Qeyd edək ki, çempionluğu qazanan “İnter” cari mövsümdə birinci dövrə, ilk mərhələnin qalibi olmaqla yanaşı, qış çempionu olmuşdu.
Mehman SÜLEYMANOV

1 | “Bakı” | 10 | 4 | 4 | 2 | 11 | 6 | 16 |
2 | “Qəbələ” | 10 | 3 | 4 | 3 | 12 | 15 | 13 |
3 | “Qarabağ” | 10 | 3 | 3 | 4 | 10 | 14 | 12 |
4 | “İnter” | 10 | 2 | 6 | 2 | 11 | 9 | 12 |
5 | “Xəzər-Lənkəran” | 10 | 3 | 3 | 4 | 11 | 10 | 12 |
6 | “Neftçi” | 10 | 2 | 6 | 2 | 5 | 6 | 10 |
| ||||||||
1 | “Olimpik-Şüvəlan” | 10 | 5 | 3 | 2 | 13 | 5 | 18 |
2 | “Muğan” | 10 | 5 | 2 | 3 | 12 | 9 | 17 |
3 | “Standard” | 10 | 5 | 1 | 14 | 19 | 10 | 16 |
4 | “Turan” | 10 | 3 | 4 | 3 | 12 | 11 | 13 |
5 | “Simurq” | 10 | 2 | 4 | 4 | 5 | 14 | 10 |
6 | “Karvan” | 10 | 1 | 4 | 5 | 5 | 17 | 7 |
Mehman SÜLEYMANOV
0
0