“Fərid Quliyevi qınamaq olmaz, onun günahı yoxdur” – MÜSAHİBƏ
17.05.2010 - 23:19
Tovuzun “Turan” klubunun kapitanı Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi
- Unibank Premyer Liqasının sonuncu turunda Yevlaxın “Karvan” klubu ilə səfər oyununda etdiyiniz het-trik əlamətdar oldu. Belə ki, milli çempionatlarımız tarixində 100-cü qolunu vuran növbəti futbolçu oldunuz. Maraqlıdır, bunu bilirdinizmi?
- Açığı, bilirdim. Klubumuzun mətbuat katibi Rasim Əliyev mənə bu statistika haqda məlumat vermişdi. O, dedi ki, 100 qol həddinə çatmağına çox az qalıb. Konkret bilirdim ki, “Karvan”la görüşdə üç qol vursam, buna imza atacağam.
- Yəqin ki, bu səbəbdən oyuna yüksək motivasiya ilə çıxıb, het-trik etdiniz...
- Bunun böyük təsiri oldu. Əliyev mənə tövsiyə etdi ki, çalış, bunu elə bu çempionatda et, sonraya saxlama. Yəni, bu günün işini sabaha saxlamayasan. Həqiqətən də sabahın işini bilmək olmaz. Mən də “Karvan”ın bugünkü durumunda istifadə edərək, qollarımı sayını 100-ə çatdırmaq istəyimə çatdım.
- İlk mərhələdən fərqli, “altılıq”da oyununuz məhsuldar alındı. Belə ki, cari çempionatı 10 qolla bitirsəniz də, final mərhələsinə qədər cəmi 2 qol vurmuşdunuz...
- Sizinlə razıyam. Bilirəm ki, “altılıq”da 8 qol vurmuşam. Düzünə qalsa, “Turan”a gələndən sonra, mövsümün əvvəlində zədə problemim var idi. Həm də müəyyən səbəblər var idi ki, oyunumuz alınmırdı, sərbəst ola bilmirdim.
- Sıxılırdınız?
- Tamamilə doğrudur. Bu, az qol vurmağıma böyük təsir göstərdi.
- “Turan”da prezident dəyişikliyindən sonra oyununuz yaxşı alındı. Bəlkə sabiq prezident Musa Süleymanovla problemləriniz var idi?
- Bu haqda bir şey demək istəmirəm. Sadəcə, həmin vaxt müəyyən problemlər oyunuma mənfi təsir göstərirdi.
- 100 qoldan sonra məqsədiniz nə olacaq? 30 yaşlı Nadir Nəbiyev Nazim Əliyevin başçılıq etdiyi bombardirlər yarışında hansı yerə yüksəlməyə iddialıdır?
- İndidən deyə bilmərəm. Necə deyərlər, yaşayarıq, görərik. Çox qol vurmaq, oynadığın komandadan asılıdır. Yəni, iddialı klubda oyunun məhsuldar alınır, qol vurmaq şansın daha çox olur. Açığı, belə bir komandanın məşqçisi ilə söhbətim olub.
- Qurban Qurbanovu nəzərdə tutursunuz? Yəni o sizi “Qarabağ”a dəvət edib?
- Açığı, heç bir klubdan rəsmi təklif almamışam. Həmin məşqçinin, komandanı isə konkret açıqlamaq istəməzdim. Sadəcə, həmin çalışdırıcı ilə ayaqüstü söhbət etmişik. Ancaq hələ ortada bir şey yoxdur.
- “Turan”dan gedəcəyinizi dəqiqləşdirmisiniz?
- Əgər vəziyyət yaxşı olarsa, qalaram. Söhbət komandanın Premyer Liqada qalmaq uğrunda yox, iddialı olması, mükafatlar uğrunda oynamasından gedir. Belə olarsa, niyə də “Turan” qalmayım? Belə söhbətlər gəzir ki, komandamızda gələn mövsüm vəziyyət yaxşılaşacaq.
- Çempionatımızın bombardiri öz futbolçumuz Fərid Quliyev oldu. Bunu necə qarşıladınız?
- Çox sevindim. Çünki əvvəl mətbuatda bombardirlər yarışındakı cədvələ baxanda öz futbolçumuzu tapa bilmirdim. Yuxarı pillələrdə legionerlərdən ibarət idi və bu, məni çox üzürdü. Özü də Fərid bizim kimi ikinci “altılıq”da oynayırdı, I diviziona düşən komandanın futbolçusudur.
- Fərid də sizin kimi “Karvan”a çox qol vurdu. O, etdiyi pokerlə bombardirlər yarışında liderliyi “Olimpik-Şüvəlan” klubunun moldovalı hücumçusu Anatoli Doroşun əlindən aldı. Onun “Karvan”ın əvəzediciləri ilə oyunda 4 qol vurması çoxlu söz-söhbətə səbəb oldu...
- Futbolçu üçün vurduğu hər qol sevindiricidir. Düzdür, güclü kluba qol vuranda, vacib qola imza atanda, daha da ruhlanırsan. Ancaq Fəridi qınamaq da olmaz. Onun günahı yoxdur ki, “Karvan”la onun komandasının qarşısına əvəzedici futbolçuları çıxarıb. Tarixdə nəticə qalır və Fərid də bombardirlər olmaqla, tarixə düşdü. Hesab edirəm ki, Quliyevin vurduğu qolları başqa cür qələmə vermək düzgün deyil. Fərid özünü sübut etdi və mən də azərbaycanlı futbolunun bombardir olmasını yaxşı qarşıladım.
- Ancaq siz 100 qol vursanız da, hələ çempionatın bombardiri ola bilməmisiniz...
- Mən bunu çox istəyirəm. Ancaq hələ qismət olmayıb. İnşallah, mən də çempionatın bombardiri olaram. Çalışacağam ki, bu arzuma çatım.
Mehman SÜLEYMANOV

0
0