“Olimpik-Şüvəlan” 5 futbolçunu heyətindən uzaqlaşdırdı
17.05.2010 - 18:17
Bakının “Olimpik-Şüvəlan” klubu 5 futbolçu ilə yollarını ayırıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Vaqif Qasımov məlumat verib. Onun sözlərinə görə, bu gün keçirilən klubdaxili iclasdan sonra braziliyalılar Klaudiano dos Santos, İsmael Fransisko, serbiyalı Mirko Bunyevçeviç, moldovalılar Anatoli Doroş, Sergey Laşenkov və İlqar Qurbanovla vidalaşdıqlarını bildirib.
“Onlardan qışda gələn Bunyevçeviçlə Fransiskonun müqaviləsi bitməmişdi. Bununla belə, qarşılıqlı razılıq əsasında bu futbolçularla da yollarımızı ayırdıq. Gənc futbolçumuz Nəriman Əzimovla məsələ hələlik açıq qalır, ola bilsin ki, o da getsin. Onların oyunu bizi razı salmırdı” – deyə Qasımov bildirib.
Klub prezidenti uzun müddət Unibank Premyer Liqasının bombardiri olan Doroşu sərt tənqid edib: “Nə olsun ki, 11 ol vuraraq, bombardir idi? Qollarının çoxunu zəif komandalara vurub. Son turda heç olmasa 3-4 qol vurmalı idi. Ancaq ona yaradılan şanslardan yararlana bilmir”.
Mehman SÜLEYMANOV

0
0