“Olimpik-Şüvəlan” Avstriyada futbolçu axtaracaq
17.05.2010 - 23:24
“Olimpik-Şüvəlan” klubunun rəhbərliyi Avstriyaya gedəcək. Bu haqda apasport.az saytına məlumat verən komandanın prezidenti Vaqif Qasımov bildirib ki, baş məşqçiləri Nazim Süleymanovla birgə mayın 25-də səfərə çıxacaqlar.
Qasımovun sözlərinə görə, məqsəd seleksiya xarakteri daşıyır və xaricdən futbolçu seçəcəklər: “Yeni mövsümdə heyətimizi gücləndirmək məqsədilə artıq işə başlayırıq. Mayın 25-də səfərə çıxıb, yolüstü bir gün Polşada qalacağıq. Bildiyiniz kimi, milli komandamız Avstriyada təlim-məşq toplanışında olacaq. Biz də həmin vaxt yığmamızın keçirəcəyi yoldaşlıq görüşləri, orada digər yığmaların oyunlarını da izləyəcəyik. İyunun 4-də vətənə dönəcəyik. Seleksiyaçı məşqimiz Səmədağa Şıxlarov və klubumuzun meneceri Fiktət Hüseynov bizdən əvvəl Belarus gedəcəklər. Orada çempionatda mayın 19-dan başlayaraq, dalbadal 3-4 oyunun izləyəcəklər. Əslində, Braziliyaya səfərimiz də planlaşdırılırdı. Ancaq orada çempionatın elə vaxtıdır ki, tələblərimizə uyğun gələn futbolçu tapa bilmədiyimdən səfəri təxirə saldıq. Qayıdandan sonra birgə müzakirələr nəticəsində hansı legionerləri transfer edəcəyimizi dəqiqləşdirəcəyik”.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” dünən 5 futbolçu ilə yollarını ayırıb və onlardan İlqar Qurbanov istisna olmaqla, qalanları legionerlərdir.

0
0