Elşən Məmmədov: Bu açıqlamamdan sonra vəziyyət dəyişə bilər
17.05.2010 - 23:15
“Mövsüm bizim üçün uğursuz alındı. Birinci “altılığ”a düşə bilmədik. Bu azmış kimi, ikinci “altılıq”da da uğurlu çıxış etmədik. Heç olmasa, yeddinci pilləni tutmalı idik”. Bu sözləri apasport.az saytına “Simurq” klubunun futbolçusu Elşən Məmmədov deyib.
Vaxtilə “İnter” və “Standard”ın da formasını geyinən hücumçu cari mövsümdə daha çox yarımmüdafiəçi funksiyasını yerinə yetirdi ki, bu da onun məhsuldarlığını xeyli azaltdı. İndi forvard yeni çempionatda hansı komandanın şərəfini qoruyacağını bilmir: “Əksər futbolçuların müqaviləsi başa çatıb. Hamımız gözləyirik. Qalıb-qalmayacağımı bilmirəm. Son oyundan sonra komanda istirahətə buraxıldı. Heç rəhbərliklə görüşə bilmədik. Yəqin bu həftənin sonuna qədər taleyimizə aydınlıq gətiriləcək”.
Məmmədov hələlik heç bir klubdan təklif almadığını deməklə yanaşı, bunu səbəbini də izah edib: “Heç bir klub “Simurq”la müqaviləmin başa çatmasından xəbərdar deyil. Yəqin buna görə də təklif göndərən yoxdur. Bu açıqlamadan sonra vəziyyət dəyişə bilər. Qismət olsa, qalıb “Simurq”da çıxışımı davam etdirəcəyəm”.
Futbolçu sonda baş məşqçi məsələ ilə bağlı fikirlərini də açıqlayıb: “Hələ bilinmir. Bu məsələyə həftəsonu aydınlıq gətiriləcək. Qyoko Hacıyevskinin baş məşqçi olub-olmayacağı dəqiqləşməyib. Ola bilsin, Roman Pokora komandada qalsın. Hər şey rəhbərliyin verəcəyi qərardan asılı olacaq. Bir sözlə, hamımız rəhbərliyin qərarını gözləyirik”.

0
0