Avstriyalılar Mahir Şükürovun 6 oyununu izləyəcəklər
18.05.2010 - 09:25
Avstriyalılar Mahir Şükürovun 6 oyununu izləyəcəklər
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Avstriyada 6 oyun keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın bu ölkədə keçiriləcək təlim-məşq toplanışında Moldova, Makedoniya və Hondurasa qarşı matçlarında çıxış etməklə yanaşı, 28 yaşlı yarımmüdafiəçi daha 3 görüşün iştirakçısı ola bilər.

Belə ki, Mahirin çıxış etdiyi Rusiyanın “Anji” klubu da Avstriyada bu sayda yoxlama matçı keçirəcək. Yay planları dəqiqləşən Mahaçqala təmsilçisi hər üç qarşılaşmasını paytaxt Vyanada oynamaq niyyətində olsa da, rəqiblərlə bağlı qeyri-müəyyənlik hökm sürür.

Əvvəlcədən iyunun əvvəlində səfərə çıxacağı gözlənilən “Anji” yay fasiləsində iki toplanış keçirməyə qərar verib. İyunun 1-dən 20-dək doğma divarlar arasında hazırlıq keçəcək Mahirin komandası yalnız bundan sonra Avropaya üz tutacaq. Dağıstanlılar iyulun 3-dək Avstriyada qalacaq.