Andronik qardaşları Azərbaycan yığmasına qarşı
18.05.2010 - 10:09
Moldovanın 21 yaşlılardan ibarət yığma komandası Azərbaycanla yoldaşlıq görüşünə heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sergey Kirilov komandamızla mayın 27-də Kişinyovda “Zimbru” stadionunda keçiriləcək oyuna 18 futbolçu çağırıb.
Həmin futbolçulardan yalnız 2-si xaricdə oynayır ki, bunlar erməni soyadını daşıyan Andronik qardaşlarıdır. Müxtəlif səbəblərdən bir sıra futbolçuları çağıra bilməyən Kirilov erməni əsilli yarımmüdafiəçi Artyom Xaçaturovun xidmətinə isə “Şerif”in heyətində Moldova kubokunun finalına hazırlaşdığı üçün müraciət etməyib. Azərbaycanla oyuna hücumçu Aleksandr Dedov də dəvət olunsa da, çıxış etdiyi Latviyanın “Ventspils” klubu onu yığmaya buraxmayıb.
Qapıçılar: Maksim Kopelçuk (“Akademiya”), Pavel Kalinin (“Dinamo”)
Müdafiəçilər: Dmitri Berbinski (“MOİK-Rapid”), İqor Andronik (“Zakarpatye”, Ukrayna), Dmitri Boqdan (“Sfintul George”), Maksim Potırnike (“Akademiya”), Vasili Karauş (“Metallurq” Z, Ukrayna)
Yarımmüdafiəçilər: Aleksandr Antonyuk (“Zimbru”), Anatoli Keptine (“Tiraspol”), Aleksandr Qrosu (“MOİK-Rapid”), Radu Qınsar (“Akademiya”), Georgi Andronik (“Lokomotiv”, Xorvatiya), Valeri Çuperka (“Akademiya”), Yevgeni Slivka (“Akademiya”), İurie Livandovski (“MOİK-Rapid”)
Hücumçular: İurie Bondarçuk (“Tiraspol”), Dmitri Vornişel (“Tiraspol”), Mihay Turkan (“Viitorul”)
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0
0