Kaxaber Sxadadzenin “qara siyahısı”: İkiqat çempionlardan meydana çıxmayanadək
18.05.2010 - 10:52
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin heyətdən kənarlaşdırdığı 10 futbolçu karyerasının “rəngarəngliyi” ilə fərqlənir. Apasport.az saytının məlumatına görə, “qara siyahıya” 5 ildir klubda olan legionerdən tutmuş, ötən yayın transferinə kimi olan oyunçular da daxildir.
Kənarlaşdırılanlardan üçü – Xəyal Mustafayev, Qoran Arnaut və Milan Zaqorats son 3 ildə komandası ilə 2 qızıl və 1 gümüş mükafat qazananlardır. Onlar qovulanlar siyahısının ən titullularıdır.
Yalnız son mövsüm qızılda əməyi olmayan Xaqani Məmmədov “İnter”in tarixinə klubun ölkə çempionatında bombardiri olan ilk oyunçusu kimi düşüb. 2007/08 mövsümündə hamıdan çox qol vuran hücumçu indi başa çatan çempionatı “Karvan”da bitirib.
Milan isə hələ Anatoli Konkovun baş məşqçiliyi dövründə transfer olunandır. Siyahıda ən köhnə sayılan serbiyalı 2005-ci ilin yayından bu klubda oynayır. Zaqorats qovulanlar arasında hamıdan çox oyun keçirən, Xaqani isə qol vurandır.
Orxan Məmmədovla Vitali Ledenyov isə il boyu ehtiyat oyunçular skamyası və əvəzedici heyətə xidmət etməsi ilə diqqət çəkib.
Qeyd edək ki, Sxadadzenin qapını göstərdiyi oyunçulardan 4-ü yerli, 6-sı əcnəbidir.
Qeyd: Xaqani Məmmədov cari mövsümdə iki klubda oynadığından ümumi göstəriciləri, mötərizədə “İnter”dəki nəticələri qeyd olunub.
1 - futbolçu, 2 - Unibank Premyer Liqasında oyun, 3 - dəqiqə, 4 - qol, 5 - vərəqə (qırmızı), 6 - Azərbaycan kubokunda oyun, 7 - dəqiqə, 8 - qol, 9 - vərəqə (qırmızı), 10 - Premyer Liqa tarixində oyun (“İnter”də), 11 - Premyer Liqa tarixində qol (“İnter”də).

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
Raymundo Vilson | 11 | 936 | 9 | 2 | 1 | 90 | -2 | 0 | 34 (34) | -24 (-24) |
Milan Zaqorats | 3 | 154 | 0 | 0 | 2 | 180 | 0 | 0 | 53 (53) | 5 (5) |
Orxan Məmmədov | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Lübonir Kubitsa | 18 | 1228 | 0 | 3 | 4 | 297 | 0 | 0 | 18 (18) | 0 |
Qoran Arnaut | 2 | 53 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 32 (32) | 0 |
Ruhid Usubov | 0 | 0 | 0 | 0 | 1 | 5 | 0 | 0 | 17 (2) | 3 (2) |
Xəyal Mustafayev | 5 | 430 | 2 | 0 | 1 | 90 | 0 | 0 | 131 (38) | 1 |
Vitali Ledenyov | 0 | 0 | 0 | 0 | 2 | 94 | 0 | 0 | 8 (0) | 0 |
Anhel Qutyerres | 18 | 759 | 1 | 1 | 3 | 230 | 1 | 0 | 55(18) | 16(1) |
Xaqani Məmmədov | 13 (0) | 1121 (0) | 7 (0) | 3 (0) | 1 (1) | 29 (29) | 0 | 0 | 272 (35) | 102 (22) |

0
0