Hollandlar “Vaqif Cavadovu” 1 avroya satırlar - FOTO
18.05.2010 - 11:23
Hollandlar “Vaqif Cavadovu” 1 avroya satırlar - FOTO
Tarixində ilk dəfə Hollandiya çempionu olan “Tvente” rəhbərliyi bu nailiyyətini əbədiləşdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi tarixi hadisəyə həsr olunan kitabın dərcini yekunlaşdırıb.

Mayın sonunda satışa çıxarılacaq tərcümədə “Bizdən” mənasını verən “Van Ons” adlı nəşrin qiyməti 17,5 avro olacaq. Kitabda 45 illik tarixə malik “Tvente”nin ilk dəfə əldə etdiyi belə böyük nailiyyətin əldə olunması, mövsümün gedişi haqda şərhlər, təhlillər, baş məşqçi Stiv Maklaren və ulduzların müsahibələri, həmçinin mövsümlə bağlı şəkillər yer alıb.

Təbii ki, kluba qışda transfer olunan və gününü ehtiyat oyunçular skamyasında keçirən Vaqif nəşrin qəhrəmanları sırasında deyil. Çünki ən yaxşı halda, əvəzedici heyətdə oynayan 21 yaşlı hücumçunun bu çempionluqda heç bir əməyi olmayıb. Buna baxmayaraq, Cavadov klubun satışa çıxarılan digər məhsulu – posterdə yer alıb. “Tvente” rəhbərliyi və həmyerlimiz də daxil olmaqla, heyətinin yer aldığı bu poster artıq iki gün sonra satışa çıxarılacaq. Enshedelilər bu şəkli cəmi 1 avroya ala biləcək.