Türkiyə mətbuatı: Daum və Quiza “Fənərbaxça”dan qovuldu!
18.05.2010 - 13:44
Türkiyə mətbuatı: Daum və Quiza “Fənərbaxça”dan qovuldu!
Çempionluğu son matçda “Bursaspor”a təhvil verən “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım istefa vermək fikrindən daşınıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İdarə Heyətinin toplantısında “sarı-lacivərtli” klubun uğurlarında Yıldırımın böyük pay sahibi olduğunu bildiriblər. Onlar “Fənərbaxça”nın sadəcə, futbol klubu deyil, idman komandası kimi fəaliyyət göstərdiyini də önə çəkiblər: “Futbolda arzumuzu həyata keçirə bilmədik. Lakin “Fənərbaxça” tək futbol klubu deyil. Komanda digər idman növlərində uğurlar qazanıb. Bu uğurlar isə Əziz Yıldırımın adı ilə bağlıdır. Bunun üçün onun komandadan belə ayrılmağı düzgün olmaz”.

Yıldırım isə bu sözlərdən sonra istefa verməyəcəyini söyləyib və toplantı iştirakçılarına növbəti mövsüm üçün planlar hazırlamağı tapşırıb. İclasda, həmçinin baş məşqçi Kristof Daumla yolları ayırmaq qərara alınıb. Bundan əlavə, komandaya böyük ümidlərlə transfer olunan Daniel Quizanın da “satışa” çıxarılacağı vurğulanıb.