Elxan Məmmədov FİFA rəsmilərini qəbul etdi
18.05.2010 - 13:55
Elxan Məmmədov FİFA rəsmilərini qəbul etdi
AFFA rəhbərliyi FİFA rəsmiləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Elxan Məmmədov Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının Avropa üzrə meneceri Yeva Paskueni qəbul edib. Bu gün AFFA-nın inzibati binasında baş tutan görüşə FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks da qatılıb. Tədbirdə uşaq futbolunun inkişafı, ölkəmizdə futbolun kütləviliyinin artırılması ilə bağlı AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. Görüşdə 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: affa.az