Ronaldinyo: Şarapova arzularımın qadınıdır!
18.05.2010 - 14:42
Ronaldinyo: Şarapova arzularımın qadınıdır!
Məşhur braziliyalı futbolçu Ronaldinyo ən gözəl hesab etdiyi xanım idmançının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunda oynayan 30 yaşlı hücumameylli yarımmüdafiəçi seçimini rusiyalı tennisçi Mariya Şarapovanın üzərində edib.

Onu arzularının qadını hesab edən Ronaldinyo Şarapovaya qədər Rusiyanın ən gözəl zərif tennisçisi sayılan Anna Kurnikovanı heç də bəyənməyib: “Mənim seçimim Şarapovadır. Burda nə fikirləşəsən ki? Mariya ucaboylu, sarışın, gözəldir. Elə bir səbəb yoxdur ki, mənim kimi sadə braziliyalı oğlanın xoşuna gəlməsin. Ancaq mən bütün rus gözəlcələrinə hörmətlə yanaşıram”.

Məşhur həmyerlisi Pele haqda da maraqlı fikirlər səsləndirən Ronaldinyo argentinalı Dieqo Maradonanı “futbol kralı”ndan üstün tutduğunu gizlətməyib: “Səmimi olacağam, Pele dahi futbolçu olsa da, mənim nəslimin “kumiri” deyil. Onun oyununu canlı görməmişəm. Əvəzində Maradonaya televizordan baxmışam. Belə forvarddan həmən nümunə götürmək istəyərsən”.

Braziliya yığmasının baş məşqçisi Dunqa DÇ-2010-a aparacağı 23 nəfərlik heyəti açıqlasa da, Ronaldinyo siyahıya düşməyib: “Son vaxtlar yığma ilə bağlı problemim olurdusa, bütün günahlar məndə deyil. Bilirəm ki, sonda mundiala gedib, yenidən qızıl medal qazanacağam. Mən dünya çempionatının Ronaldinyosuz təsəvvür etmirəm”.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub.