Xaqani Məmmədov “İnter” və “Xəzər-Lənkəran”lı həmkarlarına “ilişdi”
18.05.2010 - 15:19
“Cari Azərbaycan çempionatında Fərid Quliyevin bombardir olması, məni çox sevindirdi. Çünki Fərid son vaxtlar yaxşı formada olması ilə bərabər, həm də öz futbolçumuzdur. Düzdür, çempionatda cəmi 16 qol vurdu. Amma tarixdə nəticə qalır. Məhsuldarlığın getdikcə azalması, yaxşı hal deyil. Bu, Azərbaycanda səviyyəli hücumçuların sayının az olmasına əyani sübutdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, 2007/08 mövsümündə ölkə çempionatının bombardiri olmuş Xaqani Məmmədov deyib.
34 yaşlı hücumçu bildirib ki, iddialı klublardan bombardir çıxmaması normal qarşılanmamalıdır: “İnter” və “Xəzər-Lənkəran”ın heyətində bombardir olmaması günahdır. Düzdür, ilk “altılıq”da qızğın mübarizə gedirdi. Amma istənilən halda, bunu bacarmaq olardı. Bombardir olmaq üçün xüsusi istedada ehtiyac var. Əgər ikinci dövrədə bir qədər iddialı klubda oynasaydım, bombardir ola bilərdim”.
Qeyd edək ki, Məmmədov yalnız çempionatın final mərhələsində çıxış edib. O, “Karvan”ın heyətində 7 qola imza atıb. Xaqani bombardir olduğu mövsümdə rəqib qapıçılarını 19 dəfə məyus etmişdi.

0
0