“Qarabağ”la yeni müqavilə bağlayanda utanırdım” - FOTO
18.05.2010 - 15:40
“Çempionatın gedişində rəhbərliklə yeni müqavilə barəsində söhbətim olmamışdı. Əlbəttə, mənim tələsən yerim yox idi. Onsuz da 10 ildir oynadığım "Qarabağ"ı atıb, hər hansı bir komandaya keçməyəcəkdim. Amma rəsmi oyunlarda iştirakım üçün müqavilə bağlamaq da lazım gəlirdi. Odur ki, çempionat başa çatan kimi müqaviləmin müddətini daha bir illiyə uzatdım. İnşallah, Allah bizi peşman etməz". Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun kapitanı Aslan Kərimov deyib.
37 yaşlı futbolçu müqaviləyə qol çəkməzdən öncə bütün komanda üzvləri, eləcə də məşqçilər korpusu ilə məsləhətləşdiyini bildirib: “Əvvəlki kimi olmasa da, pis çıxış etmirəm. Yəni, "Qarabağ" kollektivinə xələl gətirmərəm. Eyni zamanda, kollektivin inamı məni yeni müqaviləyə həvəsləndirdi. Qurban Qurbanov, digər məşqçilər də mənə oynamağı məsləhət gördülər. Əgər mənə etimad göstərilməsəydi, müqavilə bağlamazdım. İnanıram ki, gələn mövsüm "Qarabağ"la daha yüksək əyarlı medal qazanacağıq".
Kərimov bunun futbolçu həyatının son müqaviləsi kimi qələmə verib: "Hələ indi də müqavilə bağlamağa utanırdım. Gələn yay bütün tərəddüdləri kənara qoyub, qərarımı verəcəyəm. Gələn il mütləq karyeramı bitirəcəyəm. Bu, futbolçu həyatımın son müqaviləsidir. Elə bu il də məşqçilərin hərəkətlərini diqqətlə izləyib, özümü bu sahəyə hazırlayacağam. Düzdür, baxmaqla çox şey götürmək olur. Amma məşqçi təhsili almaq da vacibdir. Məşqçi olmaq üçün çox oxumaq lazımdır".
Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Termist", "Azəri", "Neftçi", "Kəpəz", "Baltika" (Rusiya), "ANS Pivani", "Şəmkir" və "Qarabağ" klublarının formasını geyinib.

0
0