Toni Adams Britaniyadan futbolçu gətirməyə getdi
18.05.2010 - 15:56
Toni Adams Britaniyadan futbolçu gətirməyə getdi
“Qəbələ” klubunun yeni baş məşqçisi Toni Adams Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, vətəninə dönən ingilis mütəxəssis 2-3 həftəyə Azərbaycana qayıdacaq.

Adams bu dəfə ailəsini də ölkəmizə gətirəcək. Transfer çalışmalarını böyük ölçüdə həll etmiş çalışdırıcı üçün bəzi mövqelər sual altındadır. Onun siyahısında Böyük Britaniya ilə yanaşı, digər ölkələrdən də futbolçular var.

Artıq legioner siyasətini müəyyənləşdirən Adams yeni komandasında azərbaycanlı futbolçulara da güvənəcək. O, ölkəmizdə olduğu qısa müddətdə çempionatımızın, ölkə kubokunun oyunlarını izləməklə, bəzi futbolçularımızla bağlı qeydlər aparıb. Adams burda olmadığı müddətdə əsas köməkçisi Harri Stivens bu işlərlə məşğul olacaq.

Belə ki, ölkəmizdə qalan ingilis çalışdırıcı eyni zamanda, Qəbələdəki bazada təşkilatı işlər görəcək. Adamsın türkiyəli köməkçisi Fatih Kavlak isə məşq ləvazimatları, inventarlarla bağlı işlərlə məşğuldur.