Siyahıda məhz 18 futbolçunun sayının göstərilməsi təsadüfi deyil. Belə ki, rəsmi oyunların protokolunda məhz bu qədər futbolçunun adı qeyd olunur. Bunun üçün ümumi oyun sayı deyil, meydanda keçirilən dəqiqələrin sayı əsas götürülüb.
Siyahıda ilk pilləni tutan “Simurq”un ukraynalı yarımmüdafiəçisi Ruslan Qunçak ən yaxın izləyiciləri olan “Xəzər-Lənkəran”ın 3 futbolçusunu geridə qoyub. Bunda İvan Pexa ilə Kamran Ağayevin cəza üzündən son turu buraxmasının böyük rolu olub. Hər halda, onlar son tur ərəfəsində Ruslandan irəlidə idilər.
14 legioner və 4 yerli futbolçunun düşdüyü siyahıda xarici ölkələrdən Serbiya fərqlənir. Azərbaycanlılardan geri qalmayan balkanlılar cədvəldə 4 futbolçu ilə təmsil olunub. Rəmzi heyətdə 4 qapıçı, 11 müdafiəçi, 2 hücumçu və cəmi 1 yarımmüdafiəçi var. Maraqlısı odur ki, həmin orta sahə oyunçusu mövsümün rekordçusu olan Qunçakdır.
“Xəzər-Lənkəran”, “Simurq” və “Qəbələ” klubları siyahıda 3, “Qarabağ”, “Muğan”, “Neftçi” 2, “Turan”, “Olimpik-Şüvəlan”, “İnter” isə 1 oyunçu ilə təmsil olunub.
Premyer Liqa klubunda yerini təmin edən bu 18 futbolçudan ən gənci Hüseyn İsgəndərovdur. “Turan”ın 20 yaşlı müdafiəçisi oyun sayına görə çempionatda ən çox matç keçirən azərbaycanlı futbolçudur. O, dəqiqə hesabında geri qaldığı Kamrandan 1 oyun çox keçirib. Tərtib etdiyimiz heyətin ən gənc və yaşlı oyunçusu arasında 14 yaş fərqi var. 34 yaşlı bu serbiyalı veteran “Olimpik-Şüvəlan”da ən çox oynayan Draqan Mandiçdir.
Ruslan Qunçak | "Simurq" | 31 | 2771 | yarımmüdafiəçi | 09.08.1979 | Ukrayna |
Ivan Pexa | "Xəzər-Lənkəran" | 31 | 2752 | müdafiəçi | 23.01.1986 | Slovakiya |
Kamran Ağayev | "Xəzər-Lənkəran" | 30 | 2700 | qapıçı | 09.02.1986 | Azərbaycan |
Radomir Todorov | "Xəzər-Lənkəran" | 30 | 2700 | müdafiəçi | 11.08.1980 | Bolqarıstan |
Hüseyn İsgəndərov | "Turan" | 31 | 2694 | müdafiəçi | 19.07.1990 | Azərbaycan |
Admir Teli | "Qarabağ" | 30 | 2683 | müdafiəçi | 02.06.1981 | Albaniya |
Lyubo Baranin | "Qəbələ" | 30 | 2676 | müdafiəçi | 25.08.1986 | Serbiya |
Yuri Bulıçev | "Simurq" | 30 | 2672 | hücumçu | 12.10.1982 | Ukrayna |
Vladimir Levin | "İnter" | 30 | 2655 | müdafiəçi | 23.01.1984 | Azərbaycan |
Еdis Kurtanoviç | "Muğan" | 29 | 2610 | qapıçı | 25.11.1981 | Bosniya və Herseqovina |
Fərhad Vəliyev | "Qarabağ" | 29 | 2610 | qapıçı | 01.11.1980 | Azərbaycan |
Pavel Doroşev | "Qəbələ" | 29 | 2610 | qapıçı | 09.10.1980 | Latviya |
Miloş Zeçeviç | "Muğan" | 29 | 2583 | müdafiəçi | 17.05.1983 | Serbiya |
Adrian Neaqa | "Neftçi" | 30 | 2574 | hücumçu | 04.06.1979 | Rumıniya |
Milan Antiç | "Qəbələ" | 29 | 2558 | müdafiəçi | 01.07.1981 | Serbiya |
Dmitri Kruqlov | "Neftçi" | 29 | 2525 | müdafiəçi | 24.05.1984 | Estoniya |
Draqan Mandiç | "Olimpik-Şüvəlan" | 28 | 2520 | müdafiəçi | 10.12.1976 | Serbiya |
Kaxaber Çxetiani | "Simurq" | 28 | 2505 | müdafiəçi | 24.02.1978 | Gürcüstan |
Vüqar XEYRULLAYEV