“Heç bir azərbaycanlı bunu qəbul etməz”
18.05.2010 - 23:17
Azərbaycan milli komandasının hücumçusu, Unibank Premyer Liqasının bombardiri olan Fərid Quliyevin apasport.az saytına müsahibəsi
- Çempionatın gedişində bombardirlər siyahısında orta sıralarda yer alsanız da, son iki turda daha fəal oldunuz. “Karvan” və “Simurq”la oyunlarda etdiyiniz pokerlə het-trik sonda 16 qolla ən sərrast hücumçu olmağınıza gətirib çıxardı...
- Mən qol vurmaqdan daha çox komandama xeyir verməyi düşünürəm. Ancaq elə oldu ki, yavaş-yavaş qol vurmağa başladım və rəqəm böyüdü. Mövsümü sonuna yaxın gördüm ki, liderlər qrupuna çatıb, bombardir ola bilərəm. Son oyunlarda daha çox çalışıb istəyimə çatdım. “Karvan”a 4 qol vurandan sonra çoxlu söz-söhbətlər gəzdi. Guya zəif komandaya 4 qol vurmuşam. Mən də özümdə güc toplayıb, “Simurq”a səfərdə 3 qol vurmaqla, uğuruma kölgə salanları susdurdum.
- Hələ bu yarışda geridə olduğunuz zaman sonda çempionatın bombardiri olacağınız barədə iddialı açıqlama vermişdiniz. Bu, özünəinam nədən gəlirdi?
- Azərbaycan çempionatında ən yaxşı azərbaycanlı uşaqlar olmalıdır. İstər hücumçu, istər qapıçı, müdafiəçi və ya yarımmüdafiəçi olsun. Özümə inanırdım və istəyirdim ki, mövsümün bombardiri yerli futbolçu olsun. Çax şadam ki, belə də oldu.
- Legionerin Azərbaycanda bombardir olması, sizdə qısqanclıq yaradır?
- Əlbəttə. Hansısa legioner Azərbaycanda bombardir olması yaxşı hal sayılmazdı. Heç bir azərbaycanlı futbolçu bunu qəbul etməz.
- Maraqlıdır ki, cari mövsümədək karyeranız ərzində heç 16 qol vurmamışdınız. Yəni, hesabınızda cəmi 10 top var idi...
- Cari mövsüm daha çox oynadım, özünəinamım artdı. Bunlar da bombardir olmağıma təsir göstərdi. Bildiyiniz kimi, reqlamentin dəyişməsi nəticəsində çempionatda oyunların sayı çoxalmışdı. Bunun da nəticəsində vurduğum qolların sayı daha da çox oldu.
- Digər maraqlı məqam milli çempionatlar tarixində ən gənc bombardir olmağınız və heç vaxt ən sərrast oyunçunun I diviziona düşən komandanın futbolçusu olmamağıdır...
- Açığı, gənc bombardir olduğumu bilmirdim. Bunu ilk dəfə sizdən eşidirəm. Ancaq bilirdim ki, I diviziona düşən futbolçunun bombardir olması, tək-tük çempionatlarda olar. Buna xüsusi önəm vermirdim. Əsas diqqəti meydana yönəltmişdim. Fikirləşirdim ki, nə qədər çox vursam, bir o qədər yaxşı olar.
- Sizcə, mükafatlar uğrunda mübarizə aparan deyil, autsayder komandanın futbolçusunun bombardir olması nəyin göstəricisidir?
- Bunu futbol mütəxəssisləri, statistikləri daha yaxşı bilər. Bu haqda danışmağım düzgün çıxmaz.
- Bombardirlər yarışında özünüzə ən güclü rəqib kimi sayırdınız?
- Sözün düzü, bu haqda da fikirləşmirdim. Məni öz oyunum düşündürürdü.
- Milli çempionatda 26 qol vurmusunuz. Bundan sonra qarşınıza nə məqsəd qoymusunuz? Vurduğunuz qolların sayı 100-ə çatdıra bilərsinizmi?
- Mümkün olmayan heç nə yoxdur. 24 yaşımda bu qədər qol vurmuşamsa, 100-ə çata bilərəm. Bunların hamısı mümkündür. İnanıram ki, buna nail olacağam.
- Yəqin ki, çempionatda ən çox qol vuran Nazim Əliyevə çatmağı real saymırsınız...
- Əlbəttə, ona çatmaq çox çətindir. Həm də o vaxtkı çempionatla indiki arasında xeyli fərq var. İndi qol vurmaq asan deyil. Ancaq 100 qola çatmaq olar.
- Vurduğunuz hansı qol sizin üçün daha yaddaqalandır?
- Hamısı. Mən heç birini fərqləndirə bilmərəm. Deyə bilmərəm ki, bu qolum daha gözəldir.
- Hansı müdafiəçi sizin üçün keçilməzdir? Hansı qapıçıya qol vurmaq daha çətindir?
- Nə bilim, elə şeylərə fikir verməmişəm.
- “Standard” I diviziona düşdü. Çempionatın bombardirinin aşağı dəstədə oynamasını necə qəbul edirsiniz?
- Bunu zaman göstərəcək. Bilmək olmaz, bəlkə “Standard” Premyer Liqada qaldı.
- Yeni mövsüm üçün formatın təsdiqlənməsinə işarə vurursunuz?
- Bəli, ola bilsin ki, qəbul edilən yeni formatla “Standard” qaldı.
- Bəlkə alınmadı?
- Hələ bu haqda fikirləşməmişəm. Klub rəhbərliyi ilə görüşüb, söhbətləşməmişəm.
- Klubla müqaviləniz olduğu üçün qala bilərsiniz?
- “Standard”la hələ bir illik müqaviləm var. Ancaq yaxın günlərdə rəhbərliklə görüşüb müqavilə məsələsini danışacağam.
- Başqa komandalardan gələn təkliflər haqda nə deyə bilərsiniz?
- Bu gün milli komandamızın təlim-məşq toplanışı başlayır. Daha sonra Avstriyaya təlim-məşq toplanışına gedəcəyik, orada üç yoldaşlıq görüşümüz var. Karyerama yığmanın oyunlarından sonra aydınlıq gətirəcəyəm.
- Təbii ki, milli komandada debüt etməyiniz də oyununuza müsbət təsir göstərdi...
- Əlbəttə. Millinin oyunçusu olması qürurvericidir. Hara gedirsən, diqqət mərkəzində olursan. Bu, futbolçunu ruhlandırır, məsuliyyətini artırır. Yığmamızın baş məşqçisi Berti Foqts oyunlarımızı izləyərək, məni yığmaya cəlb etdi. O, diqqətini cəlb edən gənc futbolçulara özünü göstərməyə şans verir.
- Qarşıdakı yoldaşlıq görüşləri üçün milli komandamızın hücumçuları azdır və sizə böyük ümid bəslənəcək.
- Fürsətdən istifadə edib, qol imkanından yararlanmağa çalışacağam. Əlbəttə, yığmada da qol vurmaq istəyirəm. Ancaq mənim üçün əsas öz oyunumla yığmamızın qələbə qazanmağına kömək etməkdir.
Mehman SÜLEYMANOV

0
0