Mourinyo “Real”la ilkin anlaşma əldə edib
18.05.2010 - 18:10
İtaliyanın “İnter” komandasının baş məşqçisi Joze Mourinyo İspaniya “Real”ı ilə şifahi anlaşma əldə edib. Lent.az-ın “Daily Mirror”a istinadən verdiyi məlumata görə, məhz portuqaliyalı mütəxəssis “kral klubu”nun növbəti baş məşqçisi olacaq.
47 yaşlı Mourinyo hətta “Real”da ilk növbədə görmək istədiyi oyunçuların siyahısını belə hazırlayıb. Siyahıda Portuqaliya “Benfika”sının 3 üzvü – müdafiəçi David Luis, yarımmüdafiəçi Anxel Di Mariya və Fabio Koentrao yer alıb.
Qeyd edək ki, Joze Mourinyo Madridə Çempionlar Liqasının finalına 3 gün qalmış - mayın 19-da yollanacaq. Həlledici qarşılaşmada “İnter” Almaniya “Bavariya”sı ilə üz-üzə gələcək. Əvvəllər Mourinyo “Real”ın baş məşqçisi olacağını bildirsə də, bunun nə vaxt reallaşacağını açıqlamayıb.

0
0