Dünənə baxış: İlk "altılıq"da sabit oynayanlar sevindi
18.05.2010 - 23:30
"İnter", "Bakı", "Qarabağ" və "Xəzər-Lənkəran" cari mövsümü boşa verməyən komandalardır. "Bankirlər" Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazandığı halda, digər "üçlük" Avroliqada gücü sınayacaq.
Sözügedən kollektivlər cari çempionatın yekun nəticəsinə əsasən, ölkəmizi beynəlxalq arenada təmsil edəcək. "İnter" çempion olduğu halda, "Bakı", "Qarabağ" və "Xəzər-Lənkəran" isə 2-4-cü pillələri tutduğu üçün bu şərəfə nail olub. Ölkə kubokunun finalında da "Bakı" ilə "Xəzər-Lənkəran" üz-üzə gələcəyindən, siyahıda hər hansı dəyişiklik olmayacaq.
"Dördlük"də yer alan komandalardan hansınınsa sürpriz şəkildə avrokuboka vəsiqə qazandığı söyləmək olmaz, onlar buna layiqdir. Doğrudu, "Neftçi" və "Qəbələ"nin də Avroliqaya çıxmaq şansı vardı. Amma uzun marafonda rəqabətə sonadək davam gətirə bilmədilər, necə ki, daha öncə "Simurq" və "Olimpik-Şüvəlan" silahı erkən yerə qoymuşdu. Mükafatlar uğrunda mübarizə aparmaqda israrlı olan bu kollektivlər təsnifat mərhələsində rəqiblərinin kölgəsində qalınca, taleləri ilə barışmaq məcburiyyətində qaldılar.
Mövsümün gedişində büdrəyənlər tək "Simurq"la "Olimpik-Şüvəlan" olmadı. Elə final mərhələsinə vəsiqə qazanan, avrokuboka vəsiqə əldə edən komandalar da zaman-zaman enişli-yoxuşlu yollar qət etdilər ki, bu da normaldır. Hər halda, uzun marafonda eyni, sabit futbol sərgiləmək çətin məsələdir. Yalnız köklü komandalar sabitliyi ilə seçilə bilər ki, bu baxımdan da bəxtimiz gətirməyib: "Neftçi" kimi göz dağımız var.
Cari çempionatın qızıl medallarına sahib çıxan "İnter" belə qeyri-sabit qrafik cızdı. Təsnifat mərhələsini 17 xalla lider kimi başa vuran "bankirlər" həlledici anda özlərinə bənzəmədilər. Hər halda, final mərhələsində toplanan 12 xal işlərin heç də qaydasında getmədiyindən xəbər verirdi.
"İnter"in çempionatdakı çıxışına göz gəzdirsək, paytaxt təmsilçisinin təsnifat mərhələsindəki diribaşlığı sayəsində qalib gəldiyini söyləyə bilərik. "İnter"in uğurunun səbəbi bacarıqlı məşqçi işi və geniş heyət seçimi amili ilə bağlıdır. Özünü "Standard"da sübut etməyi bacaran Kaxaber Sxadadze "İnter"də futbol fəlsəfəsini komandasına aşılamaq baxımından çətinlik çəkmədi.
Yeri gəlmişkən, maraqlı bir məqamı sizinlə bölüşmək istərdik. Mövsümü ilk "dörlük"də bitirən komandaların üçü çempionatın gedişində baş məşqçi dəyişikliyinə getmədilər.
"İnter", "Qarabağ" və "Xəzər-Lənkəran" yola çıxdıqları mütəxəssislərlə mövsümü başa vurdular. Amma "Bakı", eləcə də "Neftçi"nin "sükanı arxasına" çempionat ərzində üç fərqli məşqçi əyləşdi. "Qəbələ"nin də çempionatın başa çatmasına 1 tur qalmış Toni Adamsla anlaşdığını nəzərə alsaq, onda işin nə yerdə olduğunu anlayarıq.
Yuxarıda qeyd etdiyimiz kimi, mövsümün gedişində 3 baş məşqçi dəyişən "Bakı"nın gümüş medallara sahib çıxması bir qədər qanunauyğun görünmür. Doğrudur, "zolaqlılar"ın ölkəmizdəki şərtlərə görə sanballı heyəti var. Amma istənilən halda, bu qədər baş məşqçi dəyişikliyi fonunda komanda 2-ci yer tutursa, onlara "afərin" demək lazımdı. Yola Qyoko Hacıyevski ilə başlayan "zolaqlılar" sonradan Bülənt Korkmazın himayəsinə keçdilər. Problemli komandanı finiş xəttinə isə Cüneyt Biçər gətirdi. Hansı ki, onun əməyini daha yüksək qiymətləndirmək lazımdır.
Çempionatın başa çatmasına 4-5 tur qalmış yalnız 3 və ya 4-cü yerlərdən birini tutub Avroliqaya getmək arzusu ilə yaşayan "Qarabağ" "İnter"i səfərdə, "Xəzər-Lənkəran"ı isə evdə yenməklə birdən-birə iddialı duruma gəldi. Di gəl ki, Qurban Qurbanovun yetirmələri özlərində güc tapıb, "Neftçi"ni üstələyə və çempionluğun taleyini "Qızıl oyun"a daşıya bilmədilər.
Ağdam təmsilçisinin rəhbərliyi kasad heyətlə bu yerlərə gəlməsinə, mükafatçılar arasına düşməsinə görə baş məşqçi Qurban Qurbanova minnətdar olmalıdırlar. Çünki bu komanda yalnız əzmkarlığın sayəsində bürünc medallara yiyələndi.
Lənkəranlı azarkeşlər hələ sevimli komandalarının çempionluğu əldən vermələrinə inana bilmirlər. Artıq hər kəs "Xəzər-Lənkəran"a çempion gözü ilə baxdığı bir vaxtda "Bakı" ortaya çıxdı və ehtimalları alt-üst etdi. Əminik ki, oyundan sonra əhvalı pisləşən Ağasəlim Mircavadov bu faciəni ömür boyu unutmayacaq. Başqa cür ola da bilməz. Axı cənublular çempionluğu ovuclarının içindən qaçırdılar. Son tura çempionluğa əsas namizəd kimi daxil olub, yekunda medalsız qal?
Quruca adı qalan "Neftçi" yenə azarkeşlərini məyus etdi. Paytaxt klubunu bu yayda da beynəlxalq arenada görməyəcəyik. Rəhbərliyin qeyri-peşəkarlığı ucbatından 3 məşqçi dəyişən "ağ-qaralar" hələ də bataqlıqdadır. Onları oradan kim çıxaracaq, bilinmir. "Xalq komandası" Allahın ümidinə qalıb.
"Altılığ"ın autsayderi olan "Qəbələ" boyundan hündürə tullanmağı bacarmadı. Doğrudur, Ramiz Məmmədovun komandası "Neftçi"ni səfərdə, "Qarabağ"ı evdə yenməklə azarkeşlərini ümidləndirdi. Amma yenə də səviyyə fərqi sözünü dedi və "Qəbələ" "altılığ"ı başladığı pillədə bitirdi.
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0