Cəmşid Məhərrəmovun klub prezidentinə hədiyyəsi
19.05.2010 - 00:01
“Çempionatı gümüş medalla tamamlasaq da, kubokda birinci olmalıyıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.
Paytaxtın eyniadlı komandası bazar günü ölkə kubokunun finalında “Xəzər-Lənkəran”la qarşılaşacaq. Bu oyunla bağlı Məhərrəmov klubun saytına bildirib ki, həlledici oyunda işləri çətin olacaq: “Bununla belə, hamımız qələbəyə köklənmişik. “Bakı”nın bunu bacaracağına inanıram. Kuboku prezidentimiz Hafiz Məmmədova hədiyyə etməliyik. Onun bizim üçün yaratdığı şəraitin, çəkdiyi zəhmətin qarşılığını az da olsa, bu yolla verməliyik”.

0
0