Marko Şarliya Lənkərandakı qələbəni yaddan çıxardı
19.05.2010 - 08:06
Marko Şarliya Lənkərandakı qələbəni yaddan çıxardı
“Kubokun final matçı çox çətin, çempionatdakı sonuncu qarşılaşmadan tam fərqli bir oyun olacaq. Son matçdakı qələbəni artıq unutmuşuq. Oradakı qələbə elə Lənkəranda qaldı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun qapıçısı Marko Şarliya deyib.

Ölkə kubokunun “Xəzər-Lənkəran”la finalı görüşü barədə klubunun saytına açıqlama verən xorvatiyalı futbolçu bildirib ki, rəqib onlardan qisas almağa çalışacaq: “Xəzər-Lənkəran”ın futbolçuları bütün güclərini qoyaraq, qələbə qazanmağa çalışacaqlar. Bununla belə, bu dəfə gözəl oyun sərgiləyərək, qələbə qazanacağımıza ümid edirəm”.