Əfran İsmayılov milli komandadan kənarda qaldı
19.05.2010 - 09:07
Azərbaycan yığmasının heyətində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov zədəli olduğu üçün təlim-məşq toplanışında iştirak etməyəcək.
Komandamız bu gündən Bakıda hazırlığa başlayıb. Mayın 23-də Avstriyaya yollanacaq yığmamız oyunun 2-dək Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq. Həmin toplanışda mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə yoldaşlıq görüşləri nəzərdə tutulub. Millimiz iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək.
Qeyd edək ki, yığmamızın mayın 21-də saat 11:20-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi olacaq.
Mənbə: affa.az

0
0