Vidadi Rzayev: Mən Nostradamus deyiləm
19.05.2010 - 12:02
“Toni Adamsın təyinatından sonra gedişimizi gözləyirdim. Çünki yeni baş məşqçi komandaya öz köməkçiləri ilə gəlir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun sabiq məşqçisi Vidadi Rzayev deyib.
Rzayev əyalət təmsilçisinə iki il öncə baş məşqçi Ramiz Məmmədovun dəvəti ilə gəlmişdi. 43 yaşlı məşqçinin sözlərinə görə, ona komandada qalmaq təklifi olunsaydı, qəbul etməzdi: “Çünki mən bu komandaya Ramiz Məmmədovun dəvəti ilə gəlmişəm. Onun baş məşqçi postundan gedişindən sonra mənim qalmağım düzgün olmazdı. Yeni baş məşqçi gələndən sonra getməli idim, belə də oldu”.
“Qəbələ” klubunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən veteran futbolçu rəhbərliyin gördüyü işləri müsbət qiymətləndirib: “Bu qədər işlər görmək, belə tanınan mütəxəssisləri dəvət etmək, inkişafa hesablanan addımdır. Yeni məşqçilər klub infrastrukturunu inkişaf etdirəcək. Bunun nəticəsi olmalıdır. Çünki böyük əziyyət çəkiblər. Adamsın “Qəbələ”də hansı nəticə qazanacağını zaman göstərəcək. Mən Nostradamus deyiləm ki.... Ümid edirəm ki, “Qəbələ”nin növbəti mövsümdə nəticəsi indikindən yaxşı olacaq”.
Hansısa komandadan dəvət almadığını vurğulayan Rzayev uzun fasilədən sonra güclülər dəstəsinə qayıdan “Gəncə” klubunda yenidən yer alması perspektivinə də toxunub: “Gəncə”nin Premyer Liqaya dönüşünə sevindim. Gərək təklif olsun ki, bunu dəyərləndirəsən. Hazırda nə “Gəncə”, nə də başqa klubdan təklif almışam. Gəlib deyə bilmərəm ki, mən də varam, komandaya götürün”.
Qeyd edək ki, Rzayev futbolçu karyerasında ilk klub olan Gəncə “Kəpəz”ində uzun illər oynayıb.
Mehman SÜLEYMANOV

0
0