“Muğan” 5 futbolçusunu komandada saxladı
19.05.2010 - 17:50
“Muğan” 5 futbolçusunu komandada saxladı
Salyanın “Muğan" klubu 5 futbolçu ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, Amil Ağacanov, Cavad Mirzəyev, Taqim Novruzov, Fərrux İsmayılov və Rəvi Rəhmanov növbəti mövsümdə də Almir Hurtiçin rəhbərliyi altında çıxış edəcək. Bu futbolçuların hər biri ilə daha bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, son mövsümdə Tağim 27, Fərrux 26 (3 qol), Cavad 22, Rəvi 16, Amil 3 (3 qol buraxıb) çempionat matçında klubun formasını geyib.