“3 futbolçu əsas yığmaya çağırılacaq” - MÜSAHİBƏ
19.05.2010 - 23:13
Çimərlik futbolu üzrə Azərbaycan yığması Türkiyədə təşkil edilən “Alanya Cup 2010” turnirində çıxış etdi. Milli komandamız burada ilk görüşdə meydan sahiblərinə 3:5, ardından Rusiyaya 3:4 hesabı ilə məğlub oldu. Son oyunda Ukraynaya 6:2 hesabı ilə qalib gələn millimiz turniri ikinci pillədə başa vurdu. Komandanın baş məşqçisi Emil Cabbarovla söhbətimiz də turnir barəsində oldu.
- Əvvəlcə yarış barəsində fikrinizi bildirərdiniz.
- Biz Avropa və dünya çempionatının seçmə mərhələsinə hazırlaşırdıq. Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Dubay, ardınca Rusiyanın Soçi şəhərində hazırlıq keçdik. Hazırlığın axırıncı mərhələsində Türkiyədə toplanışda olduq və burada beynəlxalq turnirdə iştirak etdik. Yeri gəlmişkən, əvvəlcədən təklif göndərilən Almaniya və Belarus yarışda iştirak etmədilər. Rusiya turnirin favoriti idi. Ümumiyyətlə, yarış ikili fikir oyatdı. Bir tərəfdən Türkiyəyə məğlub olduq. Bu məğlubiyyət mənə də qaranlıq qaldı. Düzdür, qarşılaşma zamanı əsasən gənclərə şans verdik. Bu isə bizə xeyir vermədi. Digər tərəfdən, o biri iki qarşılaşmada yaxşı oynadıq.
- Meydan sahibləri ilə oyunda niyə gənclərə şans verdiniz ki?
- Nə vaxtsa onları oynatmaq lazımdır, yoxsa yox? Mən də onlara şans verdim. Təəssüf ki, həmin matçda məğlub olduq.
- Rusiya ilə oyun barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, onlar sonuncu Avropa çempionudur. Amma rusların qarşısında dizlərimiz əsmədi. Topu idarə edir və qol vururduq. Biz oyunun gedişində hesabda irəlidə idik. Elə hesab edirəm ki, bu, ədalətli nəticə deyildi.
- Turniri 2-ci pillədə başa vurdunuz. Bunu gözləyirdinizmi?
- Son oyunda ukraynalılara böyük hesabla qalib gəldik. Sonda elə alındı ki, bizim, Türkiyənin və Ukraynanın hərəyə 3 xalı oldu. Topların ən yaxşı fərqinə görə 2-ci yeri tutduq. Onu da deyim ki, son oyunu yaxşı keçirdik.
- Məqsədinizə nail oldunuzmu?
- Bəli. Qarşımıza ilk iki yerdən birini tutmaq vəzifəsi qoymuşduq ki, bunun da öhdəsindən gəldik.
- Turnir sizə nə xeyir verdi?
- Mən iyunda Avropa və dünya çempionatının seçmə mərhələsində güvənəcəyim 14 futbolçunu müəyyənləşdirdim. Həmin oyunçularla birlikdə Mərdəkanda seçmə mərhələyə hazırlaşacağıq.
- Yeni oyunçular özlərini necə göstərdilər?
- Adlarını açıqlamaq istəmirəm, ancaq həmin uşaqlardan üçünü əsas yığmaya cəlb edəcəyəm.
- Avropa çempionatının seçmə mərhələsində qarşınıza hansı məqsəd qoyulub?
- Biz Çexiya və Hollandiya ilə qarşılaşacağıq. Qrupdan yalnız bir komanda çıxacaq. Hazırda başqa heç nə barədə düşünmürəm. Məqsədimiz iyulun əvvəlində İtaliyada təşkil ediləcək yarışa qatılmaq və A divizionuna vəsiqə qazanmaqdır.
- Bəs rəqibləri izləmək fikriniz varmı?
- Bəli. Çexiya ilə Hollandiyanın oyunları olan kasetləri bizə göndərəcəklər. Başqa rəqibləri da yerində izləmək fikrim var.
- Ondan sonra dünya çempionatının seçmə mərhələsi keçiriləcək.
- Orada vəziyyət çətindir. Bilirsiniz, Avropaya cəmi 5 vəsiqə ayrılıb. Bunlardan biri turnirin təşkilatçısı İtaliyaya verilib. Qalan 32 komanda isə 4 vəsiqə uğrunda mübarizə aparacaq. Vəziyyət çox çətin olacaq. Hələlik yarışın püşkatması keçirilməyib. Biz orada da uğurlu çıxış etməyə çalışacağıq.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0