Ramim: Finalda oynamağa hazıram!
19.05.2010 - 23:21
Ramim: Finalda oynamağa hazıram!
“Hazırda özümü yaxşı hiss edirəm. Bir qədər fiziki cəhətdən zəiflik hiss edirəm ki, 1-2 məşqdən sonra bu baxımdan da heç bir problem olmayacaq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Fabio Luis Ramim deyib.

Bazar günü ölkə kubokunun “Xəzər-Lənkəran”la final matçı barədə klubunun saytına açıqlama verən braziliyalı bildirib ki, meydana çıxmağa hazırdır: “Finalda oynamağa hazıram. Komandamızda vəziyyət əladır. İnanıram ki, azarkeşlər finalda gözəl matça şahidlik edəcəklər. Kuboku qazanmaqla, başda prezidentimiz Hafiz Məmmədov olmaqla həm klubumuzun rəhbərliyini, həm də fanatlarımızı sevindirmək istəyirik”.