“Xəzər-Lənkəran”ın gələcək planları açıqlandı
19.05.2010 - 23:02
“Xəzər-Lənkəran”ın gələcək planları açıqlandı
“Xəzər-Lənkəran” klubu planlarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi transfer siyasətində yerli futbolçulara üstünlük veriləcək.

Komandanın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov bildirib ki, “ağ-yaşıllar” Avropa Liqasına hazırlığı Avstriya və ya Hollandiyada keçəcək: “Qeyd edim ki, "Xəzər-Lənkəran" gələn mövsümdən daha çox yerli oyunçulara üstünlük verəcək. Bu da yeni mövsümdən etibarən legionerlərə tətbiq olunacaq limitlə əlaqədardır”.