“Fənərbaxça”nın prezidentindən sərt açıqlamalar!
19.05.2010 - 23:36
“Fənərbaxça” Türkiyə Superliqasının son turunda ölkə çempionu titulunu əldən buraxandan sonra klubun prezidenti Əziz Yıldırım ilk dəfə media qarşısına çıxıb. Apasport.az saytının xəbərinə görə, onun mətbuat konfransındakı açıqlamaları hələ uzun müddət türk futbolunun gündəmində qalacaq.
“Sarı-lacivərd” komandanın prezidenti bildirib ki, baş verən hər şeyə görə məsuliyyət daşıyır. O, daha sonra vurğulayıb ki, "Fənərbaxça"da oynayandan sonra klubdan ayrılan bəzi futbolçular komandanın əleyhinə danışır, aşkar düşmənçilik edirlər: "Məsələn, sabiq qapıçımız Rüştü Rəcbər indi "Beşiktaş"dadır. Bu adam "Kasımpaşa" və "Trabzonspor"un futbolçularına zəng vuraraq, "nəyin bahasına olursa-olsun, "Fənərbaxça"nı məğlub edin" söyləyib. Ona xəbər yolladım, "Bursaspor"a qarşı matçda yaxşı oynayacağına və ləkələnməyəcəyinə ümid etdiyimi söylədim. Axı "Beşiktaş"ın qapıçısının bu işlərdə nə marağı ola bilər?! Rüştü deyir ki, "Fənərbaxça"nın qapısından buraxdığı qollar ona müəmmalı təsir bağışlayır. Onda Rüştünün də buraxdığı qollar məndə şübhələr yaradır. Ayıbdır axı! Mənə istədiyinizi deyə bilərsiniz, düşmən də olarsınız. Amma "Fənərbaxça"ya düşmən kəsilib, bu komandanın maraqlarını tapdamaq istəmədiyini deyə bilməzsən".
Yıldırımın sözlərinə görə, Rüştü Rəcbərin davranışı və dedikləri ilə bağlı vəkillərə müraciət edib. "Fənərbaxça" klubunun prezidenti vəzifəsindən istefa etmək niyyətində olduğunu açıqlamasına gəldikdə isə, Yıldırım bu iddiaları yalan adlandırıb: "Mənim heç nədən şikayət etmək, dərdimi kiməsə demək haqqım yoxdurmu?! Yəni heç nə deməyəcək, danışmayacağam?! Harada və kimə "istefa etmək istəyirəm" söyləmişəm?! "Fənərbaxça"nın son turda çempionluğu əldən verməsi, futbolda olan hadisələrdəndir. Məsələn, "Deportivo" heç vaxt İspaniya çempionu olmamışdı, amma son turda penalti zərbəsini dəqiq vura bilməyib, titulu qazanmaq şansını əldən vermişdi. "Trabzonspor"la matçda da "Beşiktaş" - "Bursaspor" matçında bərabərlik olması barədə bildiriş verilməsəydi, rəqib qapısına çox qol vura bilərdik. O bildirişi verəni də döymədim, deyilənlər yalandır. İndiyədək kimsəni döydüyümü görən varmı?! Məni pis insan kimi qələmə verməyə çalışan media mənsubları az deyil. Lakin mən pis adam deyiləm. Üstəlik, istefa vermək niyyətim də yoxdur. "Fənərbaxça" prezidenti postunda qalacağam və 2 il ərzində işimə davam edəcəyəm".
"Beşiktaş"ın qapıçısı Rüştü Rəcbər isə Yıldırımı yalan danışmaqda suçlayıb: "O deyir ki, guya futbolçulara zəng vurub "Fənərbaxça"ya mümkün qədər çox qol vurmalarını istəmişəm. Ağ yalandır. Demək asandı. O adam dediklərini sübut etsin. Edərsə, sabah futbolçu karyerama son qoyaram. "Fənərbaxça"nın nəhəng azarkeş kütləsi ilə müqayisədə qum dənəsiyəm və o klubun da çempion olmasını əngəlləyə biləcək güc sahibi deyiləm. Qol məsələsi də böhtandır. Üstümdə zərrə qədər ləkənin qalmasına yol verə bilmərəm. Hüququmu qorumaq üçün gərəkli qurumlara və adamlara müraciət edəcəyəm".
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0