Manuel Pelleqrini daha “Real”ın baş məşqçisi deyil
20.05.2010 - 11:42
Manuel Pelleqrini daha Madridin “Real” klubunun baş məşqçisi deyil. Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “As” qəzeti təcrübəli çilili mütəxəssisin artıq vəzifəsindən çıxarıldığını və bunun yaxın günlərdə rəsmən elan ediləcəyini xəbər verib.
Pelleqrininin “Real”ın baş direktoru Xorxe Valdano və idman direktoru Migel Pardeslə görüşü cəmi 15 dəqiqə çəkib. Orada baş məşqçiyə deyilib ki, onunla müqavilə vaxtından əvvəl pozulub.
İndi madridlilər Joze Maurinyonun cavabını gözləyir. Belə ki, “Real”ın baş məşqçi postuna əsas namizəd məhz bu portuqaliyalı mütəxəssisdir. Maurinyo gələcək taleyi haqda mayın 22-də Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” klubu ilə oyundan sonra haqda qərar verəcək.

0
0