“Qalatasaray”ın əfsanəsi Braziliya millisində
20.05.2010 - 12:41
“Qalatasaray”ın əfsanəsi Braziliya millisində
Türkiyənin “Qalatasaray” klubunun sabiq qapıçısı Klaudio Taffarel CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, 44 yaşlı əfsanə Braziliya milli komandasına dəvət olunub.

Taffarel uzun illər şərəfini qoruduğu yığmanın məşqçilər korpusunda yer alacaq. 1990, 1994 və 1998-ci ildə keçirilən dünya çempionatlarında indiki baş məşqçi Dunqa ilə yanaşı çıxış edib, bir qızıl və 1 gümüş qazanan Klauduo sabiq komanda yoldaşına kömək edəcək. Lakin o, qapıçılarla işləyən məşqçi olmayacaq. Taffarelə pentakampeonların rəqiblərinin oyunlarının təhlili tapşırılıb. Rəqib komandaların oyunlarını izləməli olacaq Klaudio ilə yanaşı, vətənində məşqçi kimi kifayət qədər tanınan Marselo Kabu bu vəzifənin icrası üçün yığmaya cəlb olunub.