Jaba təklif aldığı klubların adını açıqladı
20.05.2010 - 13:23
Jaba təklif aldığı klubların adını açıqladı
“Komandamla müqaviləmin müddəti mayın sonunda başa çatır. Amma yeni müqavilə barədə mənə müraciət edən olmayıb. Odur ki, qalıb-qalmayacağımı dəqiq bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Jaba deyib.

Paytaxtın eyniadlı komandasının braziliyalı hücumçusu yenidən Türkiyə klublarının maraq dairəsinə düşüb. Jaba hətta onunla maraqlanan klubların adını da açıqlayıb: “Vaxtilə Türkiyədə oynadığım üçün bu ölkənin klublarının yadından çıxmamışam. “Qaziantepspor”, eləcə də Superliqaya bu il vəsiqə qazanan “Karabürükspor” və “Bucaspor” məni heyətinə cəlb etmək istəyir. Yəqin ki, rəhbərliklə yaxın günlərdə söhbətimiz olacaq”.

Qeyd edək ki, ötən il keçmiş baş məşqçi Qyoko Hacıyevskinin təklifi “Bakı”ya gətirilən Jaba Bülənt Korkmaz və Cüneyt Biçərin vaxtında da əsas heyətdə mütəmadi çıxış edib. 29 yaşlı forvard 7 il oynadığı Türkiyədə “Ankaraspor” və “Ankaragücü” klublarının formasını geyinib.