Zaur Ramazanov: Ciddi təklif almağım real görünmür
20.05.2010 - 13:54
Zaur Ramazanov: Ciddi təklif almağım real görünmür
“Artıq uzun müddətdir oynamıram. Sadəcə, yüngül məşqlərlə formamı saxlayıram. Çempionat yeni başa çatdığından, eləcə də kubokun finalı hələ keçirilmədiyindən bu günlərdə ciddi təkliflər almağım real görünmür”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun sabiq futbolçusu Zaur Ramazanov deyib.

Unibank Premyer Liqasının sonuna iki tur qalmış Yevlax təmsilçisindən ayrılan Ramazanov karyerasını bitirəcəyini istisna etmir: “Karyeramı bu gün bitirə bilərəm. Onsuz da oynayıb, Azərbaycan çempionatında iz qoymuşam. Amma hələ də özümdə güc hiss edirəm. Mənə dəvətlər həmişə olub, bu gün də var. Amma danışıqlar yekunlaşmadığından, konkret nəsə demək istəmirəm. İnşallah, yaxın günlərdə hər şey məlum olacaq. Mən buna inanıram".

Qeyd edək ki, 34 yaşlı Ramazanov Azərbaycan çempionatının ikiqat bombardiridir.