Joze Maurinyo Abdullayevin oyununu izləyəcək
20.05.2010 - 14:11
Bakının “Neftçi” klubunun İtaliyada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1993-1994-cü il təvəllüdlü gənclərdən ibarət komandalar arasında təşkil olunan yarışa paytaxt təmsilçisi 21 futbolçu ilə yollanır.
Mayın 25-dən 30-dək davam edəcək "Ciociaria World Cup-4" turnirində “Neftçi”nin şərəfini Emil Balayev, Tural Adıgözəlov, Elçin Abdullayev, Abbasət Cəfərov, Ruslan Getman, Tərlan Salmanov, Seyid İsgəndərov, Məqsəd İsayev, Samir Rüstəmli, İlqar Ələkbərov, Aslan Hüseynov, Faiq Xudiyev, Taleh Kərimov, Tural Rzayev, Ağabala Ramazanov, Slavik Alxasov, Ruslan Tağızadə, Fuad Əsədov, Fariz Ramazanov, Təbriz Yarıyev və Novruzəli Novruzov qoruyacaq. Nümayəndə heyətinin tərkibində "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev, həmçinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu da yer alıb.
Yeniyetmə futbolçular arasında "kiçik dünya çempionatı" adlandırılan turnirdə 32 klub 8 qrupda yarışacaq. Rüfət Quliyevin başçılıq etdiyi komanda D qrupunda İtaliyanın "Bari" və "Arpino", eləcə də Serbiyanın "Partizan" klublarına qarşı mübarizə aparacaq.
Həmçinin, yarışa "Milan", "Roma", "Fiorentina", "Napoli", "Benfika", "Kristal Peles", "Nyu York Stars" kimi məşhur komandalar da qatılacaqlar. Turniri izləyənlər arasında dünyanın ən güclü məşqçilərindən biri Joze Mourinyo və ulduz futbolçu Françesko Tottinin də olacağı gözlənilir.
Mənbə: neftchifc.com

0
0