Çempionlar Liqasının finalı Mahir Şükürovu cəzalandıran hakimə tapşırıldı
20.05.2010 - 15:08
Çempionlar Liqasının finalı Mahir Şükürovu cəzalandıran hakimə tapşırıldı
UEFA Çempionlar Liqasının (ÇL) final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” və İtaliyanın “İnter” klublarının mayın 22-də Madriddə “Santyaqo Bernabeu” stadionundakı görüşünü tanınmış ingilis referi Hovard Uebb idarə edəcək.

39 yaşlı hakimə DÇ-2010-da də birgə olacağı həmyerliləri Mihael Mallarki ilə Darren Kenn yardımçı olacaq. 2005-ci ildən beynəlxalq oyunlara təyinat alan Uebb ilk dəfə ÇL-nin finalını idarə edəcək. Belə ki, son 5 ildə nüfuzlu turnirin finalında mütləq ən az bir İngiltərə komandası olduğu üçün bu ölkənin hakimlərinin yolu bağlanırdı.

Qeyd edək ki, “İnter”in ÇL-nin 1/4 finalında Moskva MOİK-i ilə ilk oyununun (1:0) baş hakimi olan Uebb futbolsevərlərimizə da yaxşı tanışdır. Çünki milli komandamızın son rəsmi oyunu olan Rusiya yığması ilə Bakıda 1:1 hesabı ilə nəticələnən görüşü idarə edib. Uebb həmin görüşdə yığmamızın futbolçusu Mahir Şükürova sarı vərəqə göstərib.