Azərbaycan kubokunun final oyunundan öncə yenilik
20.05.2010 - 16:57
Azərbaycan kubokunun final oyunu öncəsi yeniliklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, mayın 23-də “Bakı” və “Xəzər-Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda final görüşündən bir gün əvvəl komandaların baş məşqçiləri və kapitanlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bunların ayrı-ayrı olması nəzərdə tutulub.
Qeyd edək ki, daxili yarışlarımızda – ölkə çempionatı və kubokda mətbuat konfransı keçirilsə də, bu, adətən oyundan sonra olur. Oyundan bir gün öncə isə belə konfranslar yığma və klublarımızın beynəlxalq oyunları zamanı təşkil olunub.

0
0