Arif Əsədov: Avstriyada futbolçulara yerində baxmaq istəyirəm
20.05.2010 - 17:20
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Avstriyaya gedəcək. Bu haqda apasport.az saytına Əsədovun özü məlumat verib. Səfərinin məqsədi seleksiya xarakteri olan 40 yaşlı çalışdırıcı milli komandamızın və bir sıra yığmaların yoldaşlıq görüşlərini izləmək fikrindədir: “Avstriyaya viza məsələsinin həllini gözləyirik. Səfərə mayın 25-də çıxmağım nəzərdə tutulur. Bu ayın sonunadək orada olacağam. Ancaq ola bilər ki, Avstriyada iyunun 3-ə kimi qaldım. Bildiyiniz kimi, orada çoxlu yığmalar, o cümlədən milli komandamız yoldaşlıq görüşləri keçirəcək. Avstriyaya gedib, bizə lazım ola bilən futbolçulara yerində baxmaq istədim. Yəni, bu səfərlə bağlı təşəbbüs məndən gəldi və sağ olsun rəhbərliyimiz, bunu dəstəklədi”.
Məlum olduğu kimi, “Neftçi”nin nümayəndələri artıq xeyli vaxtdır Braziliyada futbolçu seçimi ilə məşğuldur. Əsədovun sözlərinə görə, 4 legioner bəyənilsə də, yeni transferlər haqda indidən dəqiq bir söz demək olmur: “Çünki danışıqlar tam yekunlaşmayıb. Transferlər rəsmiləşəndən sonra onlar haqda açıqlama verə bilərik. Çünki ola bilər ki, indidən məlumat verəsən, sonradan baş tutmasın. Nümayəndələrimiz bu günlərdə vətənə dönməlidir. Avstriyaya səfərimdən öncə onlarla transferlə bağlı məsləhətləşmədən, əlimizdə olan yeni futbolçuların sayını dəqiq biləndən sonra digər legionerlərlə bağlı məsələləri konkretləşdirəcəyik”.
Qeyd edək ki, Bakının “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımovla baş məşqçisi Nazim Süleymanov da legioner seçimi ilə bağlı mayın 25-də Avstriyaya yollanacaq.

0
0