Kapitan “Olimpik-Şüvəlan”dan sərfəli təklif alıb
20.05.2010 - 23:15
“Oyun disklərimi Türkiyəyə göndərmişəm. Məşqçilər oyunumu izlədikdən sonra mənə bir cavab deyəcəklər. Türkiyədə çıxış etməyim kifayət qədər realdır. Amma bu alınmasa belə, həvəsdən düşməyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında "Olimpik-Şüvəlan" klubunun kapitanı Aqil Nəbiyev deyib.
28 yaşlı müdafiəçi bildirib ki, hazırkı klubundan da sərfəli dəvət alıb: “Bildiyiniz kimi, bu mövsüm ikinci "altılıq"da mübarizə aparmaq məcburiyyətində qaldıq. İnşallah, gələn mövsümdən daha yüksək yerlər uğrunda döyüşəcəyik. Klubla müqaviləmin müddəti artıq başa çatıb. Artıq rəhbərliklə yeni müqavilə barəsində söhbətimiz olub. Etiraf edim ki, "Olimpik-Şüvəlan"dan 1 illik müqavilə üçün sərfəli təklif almışam. Başqa klublardan da maraqlananlar olduğuna görə, konkret qərar verməmişəm. Paytaxt klubunda qalmaq ehtimalım 50 faizdir”.
Qeyd edək ki, Aqil Nəbiyev 3 ildir oynadığı "Olimpik-Şüvəlan"da bu ildən kapitan sarğısını daşıyır.

0
0