Ruslan Abbasov: Axı nə vaxtadək “Turan” çempionatda qalmaq uğrunda yarışacaq?
20.05.2010 - 23:11
“Mövsüm başa çatdığından istirahətlə yanaşı, karyeramı harada davam etdirəcəyimi də dəqiqləşdirməliyəm. Bununla əlaqədar Bakıdayam. Yəqin 10 gün ərzində məsələ öz həllini tapacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın müdafiəçisi Ruslan Abbasov deyib.
“Turan”ın yetirməsi olsa da, karyerasının böyük hissəsini “Neftçi”də keçirən təcrübəli müdafiəçi doğma komandasında da qalmağın əleyhinə deyil. Amma bunun üçün müəyyən şərtləri var: “Hər şey “Turan”dakı vəziyyətdən asılı olacaq. Komandaya normal baxılsa və artıq Premyer Liqada qalmaq yox, mükafatlar uğrunda mübarizə aparsa, məmnuniyyətlə qalaram. Çünki indiki vəziyyət “Turan”a yaraşmır. Ölkə futbolunda özünəməxsus yeri olan komanda nə vaxta kimi elitada qalmaq uğrunda mübarizə aparacaq? Deyilənə görə, hər şey yaxşı olmalıdır və klubu imkanlı şəxs himayəyə götürəcək. Məsələyə 1 həftə ərzində aydınlıq gətiriləcək”.
Son vaxtlar Abbasovun yenidən “Olimpik-Şüvəlan”a qayıdacağı ilə bağlı xəbərlər dolaşır. Lakin Ruslan paytaxt təmsilçisi ilə hələ danışıqlar aparmadığını bildirib: “Bu komanda ilə ötən il danışığımız olub. Hətta bir müddət onlarla hazırlıq da keçdim. Sonra isə “Turan”ı seçdim. Həm də indi komandalar yenicə istirahətə buraxılıblar. Mövsüm başa çatdıqdan sonra isə “Olimpik-Şüvəlan” rəsmilərindən heç biri ilə danışığımız olmayıb”.

0
0