“Standard”ın vitse-prezidenti: O, mənə heç nə deməyib
20.05.2010 - 18:19
“Komandada fəaliyyətimizi davam etdirəcəyimiz hələ bilinmir. Bunun üçün rəhbərliklə görüşməyimiz lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun məşqçisi Bəhram Şahquliyev deyib.
Unibank Premyer Liqasında başa çatan mövsümün yekununa görə 11-ci yeri tutan “Standard” I diviziona düşdü. Sumqayıt təmsilçisi Premyer Liqada saxlamaq vəzifəsini yerinə yetirə bilməyən baş məşqçi Böyükağa Hacıyevin postunda qalması inandırıcı görünmür. Ancaq Şahquliyev baş məşqçilərinin gedişinin dəqiqləşdiyini təsdiqləmədi: “Böyükağa müəllim bu gün mənə zəng etmişdi. O, “Standard”dan getməsi haqda bir şey demədi. Bizim klubla müqaviləmiz çempionatımın sonuna kimi nəzərdə tutulmuşdu. Artıq demək olar anlaşmamız bitib. Hazırda istirahətdəyik. “Standard”da gələcək fəaliyyətimiz haqda hələ rəhbərliklə söhbətimiz olmayıb. Yəqin ki, yaxın vaxtda bunu edərik”.
“Standard”ın vitse-prezidenti Rəzzaq Babayev saytımıza açıqlamasında baş məşqçi məsələsinə hələ aydınlıq gətirmədiklərini bildirib: “Hacıyevin müqaviləsi bitsə də, onun əməkdaşlığın davam etdirilib-etdirilməməklə bağlı hələ qərara gəlməmişik. Bəlkə də o, postunda qaldı. Hacıyev mənə gedişi ilə bağlı bir şey deməyib. Baş məşqçi, hazırlıq, bütün planlarımızla bağlı məsələləri AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra aydınlıq gətirəcəyik. Yeni çempionatın hansı formatla keçirilməsi haqda qərarı gözləyirik. Bəlkə yeni mövsümdə 12, 14 komanda oldu, biz də qalası olduq. Ancaq birinci divizionda oynamalı olsaq belə, əlbəttə, orada çıxış edəcəyik”.

0
0