Maradona jurnalistdən üzr istədi
21.05.2010 - 09:39
Maradona jurnalistdən üzr istədi
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona üzr istəməyə məcbur olub. Apasport.az saytının məlumatına görə, bu posta gəldiyi gündən media nümayəndələri ilə problemləri olan futbol əfsanəsi xəsarət yetirdiyi fotomüxbirdən üzr istəyib.

Buna bir gün əvvəl baş verən xoşagəlməz hadisə səbəb olub. Belə ki, yığmanın təlim-məşq bazasına daxil olarkən Maradonanın avtomobili jurnalistlər tərəfindən “mühasirəyə” alınıb. Belə vəziyyətdə maşın fotomüxbirlərdən birinin ayağının üstündən keçməklə onu zədələyib. Baş verənlərdə onun böyük günahı olmasa da, Maradona üzr istəməyi lazım bilib.