“Nişanlım komanda yoldaşımla yatdı” - FOTO
21.05.2010 - 10:16
“Nişanlım komanda yoldaşımla yatdı” - FOTO
İngiltərə yığmasının və “Çelsi” klubunun futbolçusu Con Terri böyük qardaşı Pol üçün pis nümunə olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı Pol qardaşının yolu ilə getməyə qərar verib. Lakin o, bir müddət əvvəl yığmadakı komanda yoldaşı Ueyn Bricin sevgilisi ilə münasibətlərdə olduğu üzə çıxan Condan yaxşı şey öyrənməyib.

Etdiyi hərəkət üzündən millinin kapitanı sarğısından məhrum olan 30 yaşlı müdafiəçinin qardaşı çıxış etdiyi 4-cü liqanın “Ruşden Diamonds” klubunda “fərqlənib”. Pol komandasının qapıçısı Dale Robertsin nişanlısına göz dikib. Elə Lindsey Kovan da qapıçı nişanlısına yarımmüdafiəçi ilə xəyanət etməklə, Polla sevişməyin əleyhinə olmayıb. Qapıçı yaşadıqlarından sonra qəti qərar verməyi lazım bilib: “Lindseylə ayrıldıq. Beynimi bu şeylərdən qurtarmaq istəyirəm. Nişanlım komanda yoldaşımla yatdı. Bu da məni pis vəziyyətə salır”.