“Xəzər-Lənkəran” ilk transferini reallaşdırdı
21.05.2010 - 11:45
“Xəzər-Lənkəran” klubu 2010-2011-ci il mövsümü üçün ilk transferini reallaşdırıb. Lent.az-ın məlumatına görə, cənub təmsilçisi 2009-2010-cu il mövsümünü icarə əsasında “Qəbələ” klubunda keçirmiş “Turan”ın futbolçusu Vurğun Hüseynovla anlaşıb.
Xəbəri komandanın vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləyib. O, 21 yaşlı müdafiəçi ilə danışıqların artıq yekunlaşmaq üzrə olduğunu bildirib: “Demək olar ki, məsələ 99 faiz həllini tapıb”.
Nadirov müqavilənin ən azı ilyarım müddətinə bağlanacağını vurğulayıb. Gənc futbolçu “Xəzər-Lənkəran”a Avropa Liqası matçlarında kömək edə biləcək.
Qeyd edək ki, cari mövsümdə “Qəbələ”nin heyətində uğurlu çıxışı ilə diqqət çəkən Vurğun Hüseynov artıq Azərbaycan yığmasına da cəlb olunub.

0
0