“İstəsəm, həmin klublarla bu dəqiqə danışıb, keçidi həll edərəm”
21.05.2010 - 12:33
“Olimpik-Şüvəlan”dan ayrıldıqdan sonra istirahət etməklə yanaşı, yeni klub da axtarıram. Çempionatlar yeni başa çatdığından, hələlik real dəvət yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü İlqar Qurbanov deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, yenidən Türkiyədə oynamasında əngəl yoxdur: “Əvvəlcədən danışıram, sonra deyirlər İlqar yalan söyləyir. Amma hansı klubun adını çəkmişəmsə, gedib orda da oynamışam, ya da keçidim son anda alınmayıb. Düzü, bu gün Türkiyənin Bank Asiya liqasında oynamağımda heç bir əngəl yoxdur. Elə qışda məni transfer etmək istəyən “Orduspor” və ya “Samsunspor”la əlaqələrim bu gün də var. İstəsəm, həmin klublarla bu dəqiqə danışıb, keçidi həll edərəm. Onların maliyyə şərtləri də cəlbedicidir”.
Azərbaycan çempionatında çıxış etməyi daha məqsədəuyğun sayan Qurbanov bu yolla yığma komandaya qayıtmaq istəyir: "Bank Asiya liqasında çıxış etməklə, yığmaya qayıtmağım real görünmür. Çünki həmin çempionatda diqqət mərkəzində qalmaq çox çətindir. Odur ki, Azərbaycanda oynamaqla, yığmanın istər baş, istərsə də köməkçi məşqçiləri ilə təmasda olmaq niyyətindəyəm. Adını çəkməsəm də, yerli klublardan da maraqlananlar var”.
Futbolçu millinin baş məşqçisi Berti Foqtsla arasında problem olmasına baxmayaraq, yığmaya qayıdacağına ümid bəslədiyini bildirib: "Məncə, yığma komandaya futbolçu çağıranda, şəxsi münasibətləri ikinci planda saxlamaq lazımdır. Güclü futbolçu millinin formasını geyinməlidir”.
Qeyd edək ki, İlqar Qurbanov bir həftə öncə “Olimpik-Şüvəlan” klubundan kənarlaşdırılıb.

0
0