“Toni Adamsla bağlı söylədiyim fikirlər təhrif olunub”
21.05.2010 - 13:34
“Yeni baş məşqçimiz Toni Adamsla bağlı “Sovetskiy Sport” qəzetinə söylədiyim fikirlər təhrif olunub”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun meneceri Zaur Əzizov deyib.
Məşhur ingiltərəli Toni Adamsın “Qəbələ” klubuna baş məşqçi təyin olunması ilə bağlı Rusiyanın “Sovetskiy Sport” qəzetinin dünənki sayında Əzizovun müsahibəsi dərc edilib. Amma menecerin fikirləri olduğu kimi yazılmayıb: “Jurnalist mənə sual verdi ki, Adamsın futbol oynadığı vaxtlarda alkoqola aludə olması problemi sizi qorxutmur ki. Mən də bu baxımdan heç bir problemlə üzləşməyəcəyimizi və hər şeyin qaydasında olacağına əminliyimi bildirdim. Ancaq əvəzində demədiyim sözlər yazılıb. Mən, sadəcə söyləmişəm ki, Adamsın son illərdəki fəaliyyətindən xəbərdarıq. Azacıq şübhəmiz olsaydı, onunla heç danışıqlar aparmaz və namizədliyinin üstündən xətt çəkərdik. Biz müqavilə bağlayıb, komandanı Adamsa etibar etmişik. Onunla ümumi söhbətimiz olub. Bu zaman alkoqol problemini qabartmağa ehtiyac görmədik. Çünki bu qeyri-ciddi söhbət olardı. Onun alkoqola aludəliyi problemindən çəkinsəydik, komandanı ona necə etibar edərdik? Axı bu, məntiqsiz alınır”.
Qeyd edək ki, Adamsın futbolçu karyerasında alkoqola aludəliyini qeyd edən rusiyalı həmkarlarımız Əzizovun fikirlərini belə yazıb: “Əlbəttə, biz bunu bilirik. Ancaq bu problem keçmişdə qalıb. Toninin Londonda insanları alkoqola qurşanmaqdan müalicə edən şəxsi klinikası var. O, içməyəcəyi haqda bizə zəmanət verib. Biz də ona inanırıq”.

0
0