Adrian Neaqa ilə Marian Aliuta “Styaua”da!
21.05.2010 - 14:13
Adrian Neaqa ilə Marian Aliuta “Styaua”da!
Bakının “Neftçi” klubundan qovulan rumıniyalı futbolçular Adrian Neaqa və Marian Aliuta məşhur “Styaua” komandasının düşərgəsində peyda olublar. Apasport.az saytının məlumatına görə, Çempionlar Kubokunun sahibi olmuş yeganə Rumıniya klubunun məşqini izləyən cütlük komandanın baş məşqçisi Mihay Stoyçita ilə də söhbət edib. Buxarest təmsilçisinə keçəcəyi gözlənilən Neaqa və Aliutanın mütəxəssislə şirin-şirin danışması da gözlənilən transferlərin gerçəkləşəcəyini düşünənlərin sayını artırıb. Son mövsüm “Neftçi”nin ən yaxşı bombardiri olan Adrian Stoyçitanı tərifləməyə də imkan tapıb: “Əhsən! Belə komanda ilə Rumıniya çempionatında üçüncü yeri tutmaq böyük uğurdur. Axı indiki komanda əvvəlkilər qədər güclü heyətə malik deyil”.

Qeyd edək ki, Neaqa və Aliuta vaxtilə “Styaua”da çıxış ediblər.