Sadıq Sadıqov: “Neftçi” yeni mövsümə 4-5 legionerlə başlayacaq
21.05.2010 - 14:17
“Komandamızın növbəti mövsümdə də baş məşqçisi Arif Əsədov olacaq. Onunla yeni müqavilə imzalamasaq da, bu proses yaxın günlərdə gerçəkləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Ardıcıl iki mövsümdür avrokuboklara vəsiqə qazana bilməyən ölkənin ən titullu komandası bu uğursuz seriyaya yeni mövsümdə son qoymağı düşünür. 40 yaşlı Arif Əsədovu baş məşqçi postunda saxlayan Sadıqov heyətdə yerli futbolçuların sayını da artırmaq niyyətindədir: “Sözün düzü, Əsədovla müqavilənin müddəti barədə söhbətimiz olmayıb. Ancaq onunla 2 il müddətə müqavilə imzalamağı düşünürük. Əsədov yaxşı futbolçu olub. Məşqçi kimi də ona inanırıq və komandaya uğur qazandırmaq üçün əlimizdən gələn köməkliyi edəcəyik. Transfer çalışmalarına gəlincə, “Neftçi”də həmişə yerli futbolçuların sayı çox olub. Bu ənənəni davam etdirmək niyyətindəyik. 15 legionerdən artıq 9-nu yola salmışıq. Mövsümə 4-5 əcnəbi ilə başlayacağıq”.

0
0